Avtomobilin rəngi sahibinin xarakterindən xəbər verir?
Avtomobil rənginin seçimi yalnız zövq və praktikliklə bağlı deyil, insanın daxili hissləri və dəyərləri ilə də əlaqəli ola bilər.
Crossmedia.az xəbər verir ki, "Lenta.ru" bu barədə böhran psixoloqu Varvara Likunovanın fikirlərinə istinadən məlumat yayıb.
Psixoloqun sözlərinə görə, insan avtomobil alarkən yalnız bir əşya deyil, onunla birlikdə yaşamaq istədiyi hissləri də seçir. Bu səbəbdən imkan olduqda avtomobilin rəngi təsadüfi seçim olmur.
Likunova bildirib ki, ağ rəng yüngüllük, səliqə və daxili sakitliklə əlaqələndirilir. Qara rəng etibarlılıq, güc və nəzarət hissini ifadə edir. Boz və gümüşü rənglərə daha çox rasional və praktik insanlar üstünlük verirlər. Mavi isə etibar və fərdiliklə təmkin arasında balansla əlaqələndirilir.
Qırmızı, sarı, narıncı və tünd yaşıl kimi parlaq rənglər isə enerji, nikbinlik və emosional xarakterlə assosiasiya olunur. Ekspert qeyd edib ki, belə avtomobilləri seçən insanların mütləq diqqət çəkməyə və ya özlərini başqalarına sübut etməyə ehtiyacı olduğu düşüncəsi doğru deyil.
Psixoloq avtomobilin rənginə əsasən insanın xarakteri barədə qəti nəticə çıxarmağın düzgün olmadığını da vurğulayıb. Onun sözlərinə görə, qara avtomobil sahibinin hökmran xarakterə, qırmızı avtomobil sahibinin isə riskə meyilli olmasına zəmanət vermir.
16:36 08.08.2026
Oxunuş sayı: 55