İlski neftayırma zavodunda yanğın: 6 nəfər xəsarət alıb
Rusiyanın Krasnodar diyarında İlski neftayırma zavodunda PUA qalıqlarının düşməsi nəticəsində yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Krasnodar diyarının Severski rayonunun rəhbərinin sözlərinə görə, ilkin məlumata əsasən, hadisə nəticəsində 6 nəfər xəsarət alıb.
Yanğının PUA qalıqlarının zavod ərazisinə düşməsindən sonra başladığı bildirilir.
15:19 08.08.2026
Oxunuş sayı: 68