Rusiya: Cənubi Qafqazda yeni qarşıdurma BAŞLAYA BİLƏR
Rusiya Qərbi, Kiyevi və Gürcüstandakı radikal qüvvələri Tbilisini Cənubi Qafqazda yeni qarşıdurmalara cəlb etməyə çalışmaqda ittiham edib.
Crossmedia.az xəbər verir ki, "Sputnik Ermənistan" Rusiya Xarici İşlər Nazirliyinin 2008-ci il münaqişəsinin başlanmasının ildönümü ilə bağlı bəyanatına istinadən məlumat yayıb.
Rusiya tərəfi Gürcüstan, Abxaziya və Cənubi Osetiya arasında güc tətbiq etməmək barədə razılaşmaların hazırlanmasının vacibliyini vurğulayıb.
Bəyanatda silahlı münaqişənin təkrarlanmasının qarşısını almaq üçün tərəflər arasında sərhədlərin delimitasiyasının da əhəmiyyətli olduğu qeyd edilib.
11:49 08.08.2026
Oxunuş sayı: 73