ABŞ İranın dəniz blokadasını davam etdirir
ABŞ hərbçiləri İranın dəniz blokadasını davam etdirir.
Crossmedia.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı bu barədə məlumat yayıb.
Məlumata görə, Hörmüz boğazının açılacağı ilə bağlı xəbərlərin fonunda ABŞ hərbçiləri blokadanın icrasını təmin etmək üçün 51 ticarət gəmisinin marşrutunu dəyişdirib, 2 gəmini sıradan çıxarıb və daha 2 gəminin göyərtəsinə qalxıb.
Məlumatda bu tədbirlərin blokadanın icrasını təmin etmək məqsədi daşıdığı bildirilib.
11:41 08.08.2026
Oxunuş sayı: 53