Kiyevə hücum: 3 nəfər öldü
Gecə saatlarında Kiyev vilayətinə endirilən Rusiya PUA zərbələri nəticəsində 3 nəfər ölüb, daha 3 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, "RBK-Ukrayna" bu barədə Kiyev vilayətinin hərbi administrasiyasının rəhbəri Timur Tkaçenkoya istinadən məlumat yayıb.
Məlumata görə, Brovarı rayonunda PUA qalıqları üç əraziyə düşüb. Nəticədə fərdi yaşayış evi, yardımçı tikililər və avtomobillər zərər görüb. Qeyri-yaşayış binasının ərazisində isə yanğın baş verib.
Həlak olanlar arasında bir uşaq da var. Yaralanan 3 nəfərdən birinin də uşaq olduğu bildirilib.
11:34 08.08.2026
Oxunuş sayı: 65