ABŞ və Ukrayna arasında Qazaxıstan neftinə...
ABŞ Ukraynanı Qazaxıstan neftinin ixracı üçün vacib olan tanker və Qara dənizdəki infrastruktura hücumları dayandırmağa razı salıb.
Crossmedia.az xəbər verir ki, "Bloomberg" bu barədə amerikalı rəsmi şəxsə istinadən məlumat yayıb.
Məlumata görə, razılaşma Xəzər Boru Kəməri Konsorsiumunun terminalı ətrafında baş verən bir sıra hücumlardan sonra əldə olunub.
Bundan əlavə, Kiyev Qara dənizdən gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün əlaqə məntəqələri yaradıb.
11:26 08.08.2026
Oxunuş sayı: 53