ABŞ: Hörmüz boğazı yaxın zamanda açıla bilər
ABŞ maliyyə naziri Skott Bessent Hörmüz boğazının yaxın vaxtlarda yenidən açılacağına ümid etdiyini bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
“Düşünürəm ki, çox tezliklə, bəlkə də bu gün və ya sabah Hörmüz boğazı açılacaq”, – deyə Bessent açıqlama verib.
Nazirin sözlərinə görə, boğazda yaranmış vəziyyətin qısa müddətdə normallaşacağı gözlənilir. Hörmüz boğazı qlobal enerji daşımaları üçün əsas marşrutlardan biri hesab olunur.
23:28 07.08.2026
Oxunuş sayı: 51