Krımda yaşayış binasına hücum - Ölənlər var
Krımın Kerç şəhərində Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində çoxmərtəbəli yaşayış binasının zədələndiyi bildirilir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya tərəfindən təyin olunmuş Krım rəhbəri Sergey Aksyonovun məlumatına görə, hadisə nəticəsində iki nəfər ölüb, daha bir nəfər yaralanıb.
Aksyonov bildirib ki, hücumun nəticələrinin aradan qaldırılması və zərərçəkənlərə yardım göstərilməsi üçün müvafiq tədbirlər görülür.
20:40 07.08.2026
Oxunuş sayı: 55