Nazirlikdə iki yeni təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus "AzeLab" MMC-nin direktoru Raminə Abdullayeva işdən çıxıb.
Şirkətə rəhbərlik müvəqqəti olaraq onun müavini Şəhla Lətifovaya həvalə edilib.
Xatırladaq ki, "AzeLab" 2020-ci ildə nazirlik yanında Milli Hidrometeorologiya Xidmətinin Laboratoriya Mərkəzinin, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin Laboratoriyasının və Milli Geoloji Kəşfiyyat Xidmətinin Analitik Tədqiqatlar laboratoriyasının bazasında yaradılıb. Onun nizamnamə kapitalı 245 749 manatdır. Şirkət dövlət sifarişinə əsasən ətraf mühit komponentlərinin keyfiyyəti üzrə analizlər həyata keçirir.
Nazirliyə məxsus "Tullantıları İdarəetmə Mərkəzi" MMC-yə də yeni direktor təyin edilib. Bu vəzifəyə Hüseyn Həsənov gətirilib. O, şirkətin rəhbərliyində Mübariz Şirinovu əvəz edib.
"Tullantıları İdarəetmə Mərkəzi" 2004-cü ildə təhlükəli tullantıları zərərsizləşdirmək məqsədi ilə "Təhlükəli Tullantılar" adı ilə Sumqayıtda yaradılıb, 2024-cü ildə adını indikinə dəyişib. Onun nizamnamə kapitalı 200 manatdır. Şirkət hazırda Abşeron rayonunun Pirəkəşkül kəndində fəaliyyət göstərir. (report)
05:38 27.12.2024
Oxunuş sayı: 4232