Avropanın enerji xəttində təhlükə: Neft zavodunda partlayış baş verib
Slovakiyanın paytaxtı Bratislavada yerləşən Slovnaft neft emalı zavodunda partlayış baş verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hadisə nəticəsində müəssisə ərazisində güclü yanğın başlayıb. Hadisənin səbəbləri və mümkün itkilər barədə hələlik ətraflı məlumat verilməyib.
Son aylarda Avropa və Avrasiya regionunda neft emalı zavodları və enerji infrastrukturlarında baş verən yanğın və partlayışlarla bağlı bir sıra hadisələr qeydə alınıb.
Şərqi Avropadakı neft emalı zavodlarında baş verən yanğınlardan Rusiyanın iri enerji obyektlərindəki insidentlərə qədər enerji infrastrukturunun təhlükəsizliyi ilə bağlı narahatlıqlar artıb.
20:16 07.08.2026
Oxunuş sayı: 55