İran neftinə milyardlıq zərbə: ABŞ blokadası ixracı dayandırıb
ABŞ-nin tətbiq etdiyi dəniz blokadası səbəbindən İranın neft ixracının dayandığı iddia olunur.
Crossmedia.az bu barədə "Financial Times"-a istinadən xəbər verir.
Məlumata görə, gəmi izləmə şirkətlərinin məlumatları və peyk görüntüləri göstərir ki, İranın əsas neft terminalı olan Xark adasında artıq bir həftədir heç bir tankerə neft yüklənmir.
Məlumata əsasən, Vaşinqton Hörmüz boğazı ilə bağlı razılaşmanın pozulmasından sonra iyulun ortalarında blokada tətbiq edib. İranın neft ixracının təxminən 90 faizinin həyata keçirildiyi Xark adasında fəaliyyətin iyulun 31-dən dayandığı bildirilir.
19:54 07.08.2026
Oxunuş sayı: 53