Türkiyə-Səudiyyə-Pakistan əməkdaşlığı ilə bağlı ilk açıqlama gəldi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlığın heç bir ölkəni hədəf almadığını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ərdoğan qeyd edib ki, Türkiyə regional sahiblik vizyonuna uyğun olaraq, beynəlxalq hüquqa hörmət çərçivəsində dialoq və diplomatiya yolu ilə münaqişələrin və böhranların həllinə yönəlmiş siyasətini davam etdirəcək.
Türkiyə lideri vurğulayıb ki, Ankara regional sabitliyin təmin olunması və problemlərin sülh yolu ilə həlli istiqamətində prinsipial mövqeyini qoruyacaq.
19:08 07.08.2026
Oxunuş sayı: 52