İran ABŞ ilə dolayı danışıqları dayandırıb
İran İsrailin Livandakı hərbi əməliyyatlarını genişləndirməsindən sonra ABŞ ilə dolayı danışıqları dayandırıb.
Crossmedia.az xəbər verir ki, "Tasnim" bu barədə məlumat yayıb.
Məlumata görə, İsrail ordusunun Livanda "Hizbullah"a qarşı əməliyyatları dərinləşdirməsi fonunda Tehran Vaşinqtonla vasitəçilər üzərindən aparılan mesaj mübadiləsini dayandırmaq qərarı verib.
Bildirilib ki, bu qərar Livandakı vəziyyətlə bağlı qəbul edilib və son aylarda davam edən münaqişənin diplomatik yolla həlli istiqamətində səyləri daha da çətinləşdirə bilər.
"Tasnim"in məlumatına görə, İranın danışıqlar heyəti ABŞ ilə dolayı təmasları növbəti göstərişədək dayandırıb.
15:42 07.08.2026
Oxunuş sayı: 37