ABŞ Ekvadorda hərbi əməliyyatlara başladı
ABŞ və Ekvador "terror təşkilatları" kimi tanınan qruplara qarşı birgə hərbi əməliyyatlara başlayıb.
Crossmedia.az xəbər verir ki, "The New York Times" bu barədə Pentaqona istinadən məlumat yayıb.
Bildirilib ki, əməliyyatlar ABŞ-nin Karib dənizi və Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən qayıqlara qarşı fəaliyyətinin genişləndirilməsi çərçivəsində həyata keçirilir.
15:48 07.08.2026
Oxunuş sayı: 49