KİV: NATO Rusiyaya zərbə endirməyə başlayıb
Anonim hakerlər NATO-nun Rusiya ərazisinə zərbələrdə birbaşa iştirak etdiyini iddia edən sənədlər yayıblar.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Agentliyin məlumatına görə, anonim hakerlər təqdim etdikləri sənədlərin NATO-nun Rusiya ərazisinə endirilən zərbələrdə birbaşa iştirakını təsdiqlədiyini iddia ediblər.
Hakerlərin sözlərinə görə, pilotsuz uçuş aparatlarının hücumlarından sonra hibrid müharibə və informasiya əməliyyatları üzrə mütəxəssislər prosesə qoşulur. Onlar həmçinin Ukraynanın Rusiyaya qarşı müharibədə vasitə kimi istifadə edildiyini, qərarların isə Kiyevdə deyil, Avropanın müxtəlif şəhərlərində verildiyini iddia ediblər.
Bu iddialarla bağlı NATO və ya digər rəsmi qurumlar hələlik açıqlama verməyib.
12:09 07.08.2026
Oxunuş sayı: 57