Qalibaf: ABŞ İrana qarşı böyük hücum hazırlayır
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ni danışıqlar pərdəsi altında İrana qarşı genişmiqyaslı hücuma hazırlaşmaqda ittiham edib.
Crossmedia.az xəbər verir ki, "X" platformasında paylaşım edən Məhəmməd Baqir Qalibaf bu barədə məlumat yayıb.
Qalibaf bildirib ki, Vaşinqton bir tərəfdən danışıqlardan danışır, digər tərəfdən isə hərbi hazırlıqları davam etdirir.
"Yaxınlaşan genişmiqyaslı hücum var. Gözləyin – yox, onlar danışıqlar aparmaq istəyirlər. Bu, təkrarlanan teatr diplomatiyasıdır", – deyə o qeyd edib.
İran parlamentinin sədri vurğulayıb ki, Tehran ABŞ-nin təhdidlərindən çəkinmir və Vaşinqtonu "reallığı qəbul etməyə və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə" çağırıb.
10:56 07.08.2026
Oxunuş sayı: 70