KİV: Kim Çen In müharibədən 22 milyard dollar qazanıb
Şimali Koreya lideri Kim Çen In Ukraynada müharibə başlayandan bəri silah satışından təxminən 22 milyard dollar əlavə gəlir əldə edib.
Crossmedia.az xəbər verir ki, "Bloomberg" bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, bu qiymətləndirmə Rusiyaya silah tədarükündən əldə olunan gəlirlərə əsaslanır.
"Korea Risk Group" konsaltinq şirkətinin direktoru Andrey Lankov bildirib ki, Şimali Koreya son 35 ildə ən güclü mövqeyindədir.
Onun sözlərinə görə, Rusiyaya silah satışından əldə olunan gəlirlər "lotereyada udulmuş böyük mükafat", Çin Prezidenti Si Cinpinin yenidən göstərdiyi dəstək isə etibarlı "pensiya" kimidir.
10:08 07.08.2026
Oxunuş sayı: 54