Tramp: Bu raketlər bizə də lazımdır
ABŞ Prezidenti Donald Tramp Ukraynaya raket əleyhinə raketlərin tədarükü ilə bağlı suala cavab verib.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Tramp bildirib ki, ABŞ-nin özünün də həmin raketlərə ehtiyacı var.
"Onlar bizə də lazımdır. Bilirsiniz, Bayden(ABŞ-nin keçmiş prezidenti Cozef Bayden), ona(RED: Ukrayna Prezidenti Volodimir Zelenski nəzərdə tutulur) 300 milyard dollar dəyərində silah verib", – deyə Tramp qeyd edib.
09:41 07.08.2026
Oxunuş sayı: 52