Türkiyə Baltik səmasını qorumağa başladı
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus beş F-16 qırıcısı NATO-nun Baltik ölkələrinin hava məkanının patrul missiyasına qoşulub.
Crossmedia.az xəbər verir ki, Estoniya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Məlumata görə, Türkiyə kontingenti NATO-nun Baltic Air Policing missiyası çərçivəsində Estoniya, Latviya və Litvanın hava məkanının təhlükəsizliyinin təmin olunmasında iştirak edəcək.
Bildirilib ki, Türkiyənin missiyası 30 noyabr 2026-cı il tarixinədək davam edəcək və NATO-nun kollektiv hava hücumundan müdafiə sistemi çərçivəsində həyata keçiriləcək.
17:06 06.08.2026
Oxunuş sayı: 50