İranda “Mossad”la əlaqədə şübhəli bilinən 21 nəfər saxlanıldı
İranın Kirman əyalətində İsrailin xarici kəşfiyyat xidməti “Mossad”la əməkdaşlıqda şübhəli bilinən 21 nəfər saxlanılıb.
Crossmedia.az xəbər verir ki, “Tasnim News” bu barədə məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxslər hərbi və müdafiə təyinatlı məxfi, eləcə də strateji əhəmiyyətli obyektlər barədə məlumat toplamaq və onları “Mossad”a ötürməkdə ittiham olunurlar.
İran hüquq-mühafizə orqanları faktla bağlı araşdırmaların davam etdiyini bildirib.
Qeyd edək ki, saxlanılan şəxslərə qarşı irəli sürülən ittihamlar hələlik məhkəmə tərəfindən təsdiqlənməyib.
16:56 06.08.2026
Oxunuş sayı: 45