Ingla İnternational ETC Azərbaycan xalqı üçün çox faydalı işlər görür - Prorektor
Özbəkistanın aparıcı ali təhsil müəssisələrindən olan Səmərqənd Dövlət Tibb Universiteti son illər beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirərək xarici universitetlərlə birgə elmi və akademik layihələrin sayını artırır. Bu əməkdaşlıqda Azərbaycan ali təhsil müəssisələri də xüsusi yer tutur. Universitet rəhbərliyi iki ölkə arasında tibb təhsili, elmi tədqiqatlar və mütəxəssis hazırlığı sahəsində əlaqələrin daha da dərinləşdirilməsində maraqlı olduqlarını bildirir.
Səmərqənd Dövlət Tibb Universitetinin prorektoru Aziz Kubayev bu və ya digər mövzularla bağlı Crossmedia.az-a geniş müsahibə verib:
– Universitetinizdə tələbələrin praktiki sahədə inkişafı üçün hansı imkanlar yaradılıb?
– Universitetimiz dövlət ali təhsil müəssisəsidir və Mərkəzi Asiyanın ən qədim universitetlərindən biridir. Burada tələbələrin keyfiyyətli təhsil alması üçün bütün zəruri şərait yaradılıb. Hörmətli rektorumuz son beş ildə dövlətimizin dəstəyi ilə keçmiş institutun tam şəkildə yenidən qurulmasına nail olub. Prezidentimizin sərəncamı ilə həmin institut universitet statusu alıb. Hazırda universitetimizdə həm təhsil, həm elmi fəaliyyət, həm də praktiki hazırlıq baxımından tələbələr üçün hərtərəfli imkanlar mövcuddur.

– Universitetinizin beynəlxalq əməkdaşlığı hansı səviyyədədir?
– Hazırda dünyanın 40 ölkəsindən 70-ə yaxın universitetlə əməkdaşlıq edirik. Bu əməkdaşlıq təhsil, elm, səhiyyə və digər istiqamətləri əhatə edir. Əlaqələrimizin coğrafiyası ildən-ilə genişlənir. Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycanla münasibətlərimiz çox səmimidir. Azərbaycan Tibb Universiteti ilə sıx əməkdaşlığımız var. Naxçıvandakı universitetlə də çox isti və dostluq münasibətləri qurmuşuq.
– Gələcəkdə Azərbaycan universitetləri ilə birgə elmi layihələrin və konfransların keçirilməsi nəzərdə tutulurmu?
– Əlbəttə. Ötən il azərbaycanlı həmkarlarımızla birlikdə cərrahiyyə sahəsi üzrə iki böyük beynəlxalq konqres təşkil etdik. Bu tədbirlər kifayət qədər genişmiqyaslı idi. Gələcəkdə də beynəlxalq konqreslər, elmi konfranslar, simpoziumlar və ustad dərsləri keçirməyi planlaşdırırıq.
– Gələcəkdə Azərbaycanla əməkdaşlığı hansı istiqamətlərdə genişləndirmək istəyirsiniz?
– Bütün istiqamətlərdə. Azərbaycan və bizim ölkə qardaş xalqlardır. Tibb, elm və təhsil sahələrində mümkün olan bütün istiqamətlər üzrə əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik.
– “Ingla International Education and Training Center”in fəaliyyəti haqqında nə düşünürsünüz? Şirkətin yaratdığı imkanlarla bağlı ilk təəssüratlarınız necədir?
-Şirkətlə tanışlığım yenidir. Şirkətin direktoru Aytən Məmmədova ilə tanış oldum. Görəcəyimiz layihələrlə bağlı ətraflı məlumat aldım. İlk təəssüratım belə oldu ki, bu şirkət Azərbaycan xalqı üçün çox faydalı işlər görür. Bu fəaliyyət yalnız tibb sahəsinin deyil, ümumilikdə təhsilin və müxtəlif istiqamətlər üzrə inkişafın dəstəklənməsinə xidmət edir. Düşünürəm ki, “Ingla İnternational ETC” layihəsini gələcəkdə böyük uğurlar gözləyir.
Ayhan
15:00 06.08.2026
Oxunuş sayı: 61