Pensiyaçılara şad xəbər - Tarix məlum oldu
Avqust ayı üzrə Bakı, Sumqayıt və Abşeronda pensiyaların veriləcəyi tarix məlum olub.
Crossmedia.az xəbər verir ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar avqustun 14-də ödəniləcək.
Xatırladaq ki, ötən ay da eyni tarixdə pensiyalar ödənilmişdi.
Respublikanın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının nə zaman veriləcəyi isə hələki dəqiqləşməyib.
11:06 06.08.2026
Oxunuş sayı: 65