Tramp: Ağ irqin üstünlüyünü müdafiə edənlər dəlidir
ABŞ Prezidenti Donald Tramp ağ irqin üstünlüyünü təbliğ edən şəxsləri sərt tənqid edib.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Tramp bu şəxsləri "dəli" adlandıraraq onların baxışlarını qəbul etmədiyini bildirib.
ABŞ Prezidenti çıxışında kommunizmi də ölkə tarixinin ən böyük təhlükəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, kommunizm ABŞ-ni "cəhənnəm həyatına" aparacaq.
11:02 06.08.2026
Oxunuş sayı: 52