Tramp raket məlumatını sızdıranları həbslə hədələdi
ABŞ Prezidenti Donald Tramp ölkənin raket ehtiyatlarının tükənməsi barədə mediaya məlumat ötürən şəxsləri "xəyanətkar" adlandıraraq onların uzunmüddətli həbs cəzası alacağını bildirib.
Crossmedia.az xəbər verir ki, "CNN" bu barədə məlumat yayıb.
Tramp ABŞ-ın sursat ehtiyatlarının kifayət qədər olduğunu iddia edib. Onun sözlərinə görə, ölkədə "çox böyük" döyüş sursatı ehtiyatı mövcuddur, müdafiə şirkətləri isə istehsalı artırır və yeni zavodlar inşa edir.
ABŞ lideri ehtiyatların azaldığı barədə məlumatı jurnalistlərə ötürən şəxslərin müəyyən ediləcəyini və məsuliyyətə cəlb olunacağını vurğulayıb.
Qeyd edək ki, "CNN" daha əvvəl ABŞ-ın İranla beş ay davam edən müharibə zamanı THAAD hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan raketlərin təxminən 80 faizini, həmçinin "Patriot" və "Tomahawk" raket ehtiyatlarının yarıya yaxın hissəsini istifadə etdiyini yazmışdı.
10:16 06.08.2026
Oxunuş sayı: 63