İran Hörmüz boğazı ilə bağlı ABŞ-ni günahlandırır
İran və Oman arasında Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin edilməsinə yönəlmiş birgə bəyanatın hazırlanması yekun mərhələdədir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Baqai bildirib.
Onun sözlərinə görə, İran və Oman arasında belə bir razılaşmanın əldə olunması öz-özlüyündə boğazdan keçən gəmilərin təhlükəsizliyinə zəmanət vermir. Baqai Hörmüz boğazında vəziyyəti sabitsizləşdirən digər amillərin də olduğunu deyib və nümunə kimi ABŞ-nin blokadasını göstərib.
19:40 05.08.2026
Oxunuş sayı: 51