Netanyahu: Ben-Qvirin uzaqlaşdırılması üçün heç bir hüquqi əsas yoxdur
İsrailin Baş naziri Benyamin Netanyahu milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin vəzifəsindən kənarlaşdırılması üçün heç bir hüquqi və ya inzibati əsasın olmadığını bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Netanyahu bu barədə İsrail Ali Məhkəməsində keçirilən iclas zamanı danışıb.
Baş nazir Ben-Qvirin vəzifədə qalmasına mane olacaq hər hansı hüquqi və ya inzibati əsasın mövcud olmadığını vurğulayıb.
19:24 05.08.2026
Oxunuş sayı: 45