Almaniyada təyyarəsi naməlum obyektlə toqquşub
Almaniyada Leyptsiq/Halle hava limanı yaxınlığında DHL yük təyyarəsinin naməlum obyektlə toqquşduğu bildirilir.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Məlumata görə, hadisə barədə Almaniya Daxili İşlər Nazirliyinin nümayəndəsi Leonard Kaminski brifinq zamanı açıqlama verib.
Onun sözlərinə görə, DHL konserninə məxsus yük təyyarəsi Leyptsiq/Halle hava limanı ərazəsində naməlum obyektlə toqquşub.
Hazırda obyektin nə olduğu və insidentin hansı şəraitdə baş verdiyi açıqlanmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.
17:16 05.08.2026
Oxunuş sayı: 46