Suriya XİN rəhbəri Türkiyəyə səfər edəcək
Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani sabah rəsmi səfərlə Türkiyəyə gedəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Suriya mənbələri məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Suriyada təhlükəsizlik, terrorizmlə mübarizə, ölkənin bərpası, Suriyanın şimal-şərq bölgələrinin Dəməşq hökumətinin idarəetmə sisteminə inteqrasiyası, eləcə də regionda baş verən dəyişikliklər müzakirə olunacaq.
16:35 05.08.2026
Oxunuş sayı: 61