Pentaqon Çin və Rusiya üçün yeni nüvə strategiyası hazırlayır
ABŞ Müdafiə Nazirliyi Çin və ya Rusiya ilə mümkün regional münaqişə ssenarilərini nəzərə alan yeni nüvə strategiyası üzərində işləyir. Sənəddə qısa mənzilli taktiki nüvə silahlarının rolunun artırılması nəzərdə tutulur.
Crossmedia.az xəbər verir ki, "NBC News" bu barədə məlumat yayıb.
Telekanalın məlumatına görə, Pentaqon rəhbərliyi hazırladığı yeni strategiyada Çin və ya Rusiya ilə regional müharibə baş verəcəyi təqdirdə qısa mənzilli taktiki nüvə silahlarından daha geniş istifadə imkanlarını nəzərdən keçirir.
Bildirilib ki, yeni yanaşma ABŞ-nin nüvə çəkindirmə siyasətinin yenilənməsini və regional təhlükələrə uyğunlaşdırılmasını hədəfləyir.
Pentaqon məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
15:16 05.08.2026
Oxunuş sayı: 49