ABŞ İran neftinə tətbiq olunan sanksiyaları yumşalda bilər
ABŞ administrasiyası İran və Oman arasında Hörmüz boğazında gəmi hərəkətinin tənzimlənməsi ilə bağlı razılıq əldə olunacağı təqdirdə Tehrana qarşı bəzi sanksiyaları yumşaltmağa hazırlaşır.
Crossmedia.az xəbər verir ki, "Financial Times" bu barədə məlumat yayıb.
Nəşrin danışıqlardan məlumatlı mənbəyə istinadən bildirdiyinə görə, əgər İran Hörmüz boğazı ilə bağlı Omanla razılığa gəlsə, ABŞ İran limanlarına tətbiq etdiyi hərbi-dəniz blokadasını aradan qaldıra və İran neftinin ixracına qarşı sanksiyaları zəiflədə bilər.
"Financial Times" qeyd edir ki, belə bir razılaşma ABŞ Prezidenti Donald Trampın əvvəl elan etdiyi hərbi məqsədlərdən xeyli fərqləndiyi üçün ölkə daxilində ciddi tənqidlərə səbəb ola bilər.
Hazırda nə Vaşinqton, nə də Tehran bu məlumatla bağlı rəsmi açıqlama verib.
15:07 05.08.2026
Oxunuş sayı: 53