Tramp Zelenskiyə "Patriot" raketlərini verməkdən imtina edib
Ukraynaya ABŞ istehsalı olan "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükü ilə bağlı müraciət rədd edilib.
Crossmedia.az xəbər verir ki, "Financial Times" bu barədə mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin "Patriot" zenit-raket kompleksləri üçün əlavə raketlərin verilməsi ilə bağlı istəyini qəbul etməyib.
Məlumata əsasən, bu qərarın əsas səbəbi ABŞ-nin öz hərbi ehtiyatlarının əhəmiyyətli dərəcədə azalmasıdır. Mənbələrin bildirdiyinə görə, Vaşinqton mövcud raket ehtiyatlarının milli təhlükəsizlik baxımından kifayət qədər qorunmasını prioritet hesab edir.
Rəsmi Vaşinqton məsələ ilə bağlı hələlik açıqlama verməyib.
14:45 05.08.2026
Oxunuş sayı: 64