Putin orduda yeni təyinatlar etdi: Arxa cəbhə vahid idarəetməyə keçir
Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin rəhbər heyəti ilə keçirdiyi müşavirədə Silahlı Qüvvələrdə bir sıra yeni kadr təyinatlarını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Putinin sözlərinə görə, Müdafiə Nazirliyinin bütün arxa təminat xidmətləri bundan sonra vahid idarəetmə altında fəaliyyət göstərəcək. Bu istiqamətə Valeri Solodçuk rəhbərlik edəcək.
Rusiya prezidenti Valeri Solodçuku ordunun ən istedadlı komandirlərindən biri kimi xarakterizə edib.
Müşavirədə digər təyinatlar da elan olunub:
"Mərkəz" qoşun qruplaşmasının komandanı vəzifəsinə Andrey İvanayev təyin edilib;
"Şərq" qoşun qruplaşmasına Bolqarev rəhbərlik edəcək;
Pilotsuz uçuş aparatları qoşunlarının komandanı vəzifəsinə Denis Lyamin gətirilib.
Putin bildirib ki, "Şərq" qoşun qruplaşması xüsusi hərbi əməliyyat zonasında fəal fəaliyyət göstərir və irəliləyiş tempi "ən yüksək qiymətə layiqdir".
14:36 05.08.2026
Oxunuş sayı: 68