Paşinyan müdafiə nazirindən orduda intizamın gücləndirilməsini tələb edib
Ermənistanın Baş naziri Nikol Paşinyan müdafiə naziri Suren Papikyan ilə sərt söhbət apararaq orduda intizamın gücləndirilməsini tələb edib.
Crossmedia.az xəbər verir ki, Ermənistanın "Graparak" nəşri bu barədə məlumat yayıb.
Nəşrin iddiasına görə, Paşinyan son vaxtlar ordudakı vəziyyətə görə Papikyandan ciddi narazıdır və hətta onu vəzifədən uzaqlaşdırmağı da nəzərdən keçirib. Lakin komandasında uyğun namizəd tapa bilmədiyi üçün bu qərarı hələlik təxirə salıb.
Məlumata əsasən, baş nazirin narazılığı orduda baş verən ölüm halları, ön xətdə xidmət şəraitinin ağır olması və hərbi rəhbərliyin ünvanına səslənən tənqidlərin artması ilə bağlıdır. Buna görə Paşinyan müdafiə nazirindən orduda nizam-intizamın bərpası istiqamətində təxirəsalınmaz tədbirlər görülməsini tələb edib.
Qeyd edək ki, bu məlumat rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.
10:17 05.08.2026
Oxunuş sayı: 57