Rusiya Kiyevə kütləvi zərbə endirib
Rusiya Müdafiə Nazirliyi ötən gecə Ukrayna ərazisində yüksək dəqiqlikli silahlarla kütləvi zərbələr endirildiyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Nazirliyin açıqlamasına əsasən, zərbələr Kiyev şəhəri və vilayətində yerləşən, hərbi yüklərin daşınması və paylanmasında istifadə olunduğu iddia edilən nəqliyyat-logistika və paylama mərkəzlərinə yönəldilib.
Rusiya tərəfi əməliyyat zamanı müəyyən olunmuş bütün hədəflərin vurulduğunu bildirib.
Ukrayna tərəfi isə bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib.
09:47 05.08.2026
Oxunuş sayı: 55