Rusiya: Qərb Kiyevə zərbələr üçün naviqasiya dəstəyi verir
Qərbin Ukraynaya infrastruktur obyektlərinə zərbələr endirmək üçün naviqasiya dəstəyi göstərdiyi iddia olunub.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Qərb ölkələri Kiyevə infrastruktur obyektlərinə hücumların həyata keçirilməsi üçün naviqasiya dəstəyi verir.
Qaluzin vurğulayıb ki, bu cür hücumlar heç bir halda Rusiya ilə Qazaxıstan arasında bütün sahələr üzrə əməkdaşlıq və qarşılıqlı fəaliyyət hüququnu şübhə altına ala bilməz.
Onun sözlərinə görə, Moskva və Astana ikitərəfli münasibətlərin inkişafını davam etdirmək niyyətindədir.
09:41 05.08.2026
Oxunuş sayı: 48