Hörmüz razılaşması: ABŞ-nin İranla gizli sazişi açıqlana bilər
ABŞ-nin çərşənbə günü İran və Omanla Hörmüz boğazı üzrə əldə olunan razılaşmanı elan edəcəyi bildirilir.
Crossmedia.az xəbər verir ki, "Axios" bu barədə məlumat yayıb.
Nəşrin mənbələrinin məlumatına görə, söhbət 60 günlük razılaşmadan gedir. Sazişə əsasən, Fars körfəzinə daxil olan gəmilər İranın ərazi suları vasitəsilə heç bir ödəniş etmədən keçəcək.
Əks istiqamətdə hərəkət edən gəmilər isə Tehranla koordinasiya əsasında Oman ərazi suları ilə hərəkət edəcəklər.
Məlumata görə, razılaşmanın məqsədi Hörmüz boğazında gəmiçiliyin bərpasını təmin etmək və bölgədə gərginliyi azaltmaqdır. Hələlik nə ABŞ-nin, nə də İranın rəsmi qurumları məlumatı təsdiqləyiblər.
09:29 05.08.2026
Oxunuş sayı: 52