İran ABŞ-yə şərt qoydu: Hörmüzü açarıq, amma…
İran Hörmüz boğazını yenidən açmağa hazır olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Məlumata görə, Tehran bunun qarşılığında tranzit rüsumları toplamaq hüququ tələb edir.
Bundan başqa, İran gələcək hücumlardan təhlükəsizlik zəmanəti verilməsini, ABŞ-nin hərbi-dəniz blokadasına son qoyulmasını və Vaşinqtonun İrana qarşı neft sanksiyalarını ləğv etməsini istəyir.
22:28 04.08.2026
Oxunuş sayı: 52