Trampdan Çinə yeni zərbə: Günəş panellərinə rüsum gəlir
ABŞ Prezidenti Donald Trampın administrasiyası günəş panellərinin istehsalında istifadə olunan polisilisiumun qiymətinə minimum hədd müəyyənləşdirməyə və məhsula gömrük rüsumları tətbiq etməyə hazırlaşır.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝Reuters˝ məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ administrasiyasının bu addımı Vaşinqtonun süni intellekt və enerji sahələrində Çinlə rəqabəti fonunda atılır.
Polisilisium günəş panellərinin istehsalında əsas xammallardan biri hesab olunur.
22:20 04.08.2026
Oxunuş sayı: 51