Ermənistan və Ukrayna yaxınlaşır? - İlk telefon danışığı keçirilib
Ermənistan Milli Assambleyasının yeni sədri Ruben Rubinyan vəzifəyə təyin olunmasından sonra ilk telefon danışığını Ukrayna Ali Radasının sədri Ruslan Stefançukla aparıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tərəflər Ermənistan və Ukrayna arasında əməkdaşlıq gündəliyini müzakirə ediblər. Həmçinin parlamentlərarası əlaqələrin daha da intensivləşdirilməsinin və qarşılıqlı fəaliyyət üçün yeni imkanlardan istifadə olunmasının vacibliyini vurğulayıblar.
20:54 04.08.2026
Oxunuş sayı: 48