˝Wildberries˝-in Qazaxıstanda 260 min kvadratmetrlik planı üzə çıxıb
Rusiyanın “Wildberries” şirkəti Qazaxıstanda iki böyük logistika kompleksi inşa edir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın ticarət naziri Arman Şakkaliyev məlumat verib.
Onun sözlərinə görə, Astana və Almatıda tikilən komplekslərin ümumi sahəsi təxminən 260 min kvadratmetr olacaq. Hər iki obyektin 2027-ci ilin I rübündə istifadəyə verilməsi planlaşdırılır.
Məlumat Rusiyanın logistika imkanlarının bir hissəsinin Qazaxıstana yönəldilməsi ilə bağlı müzakirələrə səbəb olub.
20:16 04.08.2026
Oxunuş sayı: 56