Miqrantlara xəbərdarlıq: Putin yeni deportasiya qaydalarını təsdiqləyib
Rusiya Prezidenti Vladimir Putin miqrantların ölkədən çıxarılmasına dair yeni normaları özündə əks etdirən qanunu imzalayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qanuna əsasən, miqrantlar ayrı-seçkiliyə yol verdikləri, insan hüquq və azadlıqlarını pozduqları, həmçinin sərhəddə hərbi qulluqçuların tələblərinə tabe olmadıqları halda Rusiyadan deportasiya edilə bilərlər.
19:24 04.08.2026
Oxunuş sayı: 55