Neftdən milyard dollar qazandılar
Səudiyyə Ərəbistanının dövlət neft şirkəti Saudi Aramco 2026-cı ilin ikinci rübündə xalis mənfəətini ötən ilin eyni dövrü ilə müqayisədə 44 faiz artırıb.
Crossmedia.az xəbər verir ki, Saudi Aramco bu barədə məlumat yayıb. Şirkətin maliyyə hesabatına əsasən, aprel–iyun aylarında xalis mənfəət 32,69 milyard dollar təşkil edib. Bu göstərici 2025-ci ilin eyni dövründə 22,67 milyard dollar olmuşdu.
Şirkət mənfəətdəki artımı əsasən neft qiymətlərinin yüksəlməsi ilə əlaqələndirib.
Qeyd edək ki, iyulun əvvəlində Səudiyyə Ərəbistanı əsas Arab Light markalı neftinin Asiya bazarı üçün qiymətini son 26 ilin ən böyük həcmdə endirdiyini açıqlamışdı. Avqust ayından etibarən bu neft markası Asiya alıcıları üçün bir barel üzrə 11 dollar səviyyəsində qiymətləndiriləcək.
Bununla yanaşı, iyunun ortalarından etibarən İran və ABŞ arasında hərbi əməliyyatların dayandırılması və Hörmüz boğazının yenidən açılması ilə bağlı razılaşmadan sonra dünya bazarında neft ucuzlaşmağa başlayıb. Bu dövrdə Brent markalı neftin qiyməti bir barel üçün 71 dollardan aşağı enib.
18:28 04.08.2026
Oxunuş sayı: 45