Səfərbərliklə bağlı yeni təklif gündəmə gəldi
Ukraynada üç və ya daha çox azyaşlı övladı olan kişilərə səfərbərlikdən avtomatik möhlət verilməsi qaydasının ləğvi təklif olunub.
Crossmedia.az xəbər verir ki, “Teleqraf” nəşri bu barədə Ukrayna Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilən petisiyaya istinadən məlumat yayıb. Petisiyada bildirilir ki, 18 yaşınadək üç və ya daha çox övladı olan kişilərə avtomatik möhlət verilməsi ədalətli yanaşma deyil.
Sənəd müəllifi qeyd edir ki, bir və ya iki azyaşlı övladı olan kişilər belə güzəştdən yararlana bilmədikləri üçün səfərbərlik yükünün əsas hissəsi onların üzərinə düşür.
Petisiyada təklif olunur ki, möhlət yalnız təkbaşına övlad böyüdən atalara, əlilliyi və ya ağır xəstəliyi olan uşaqların qəyyumlarına, eləcə də yeganə qanuni nümayəndələrə şamil edilsin.
18:09 04.08.2026
Oxunuş sayı: 58