KİV: ABŞ-nin uzaqmənzilli dəqiq raket ehtiyatı xeyli azalıb
ABŞ-nin İranla qarşıdurma zamanı uzaqmənzilli yüksək dəqiqlikli raket ehtiyatlarının böyük hissəsini istifadə etdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Agentliyin mənbələrinə görə, söhbət ATACMS və PrSM raket sistemlərindən gedir.
Analitiklər bildirirlər ki, dəyəri 1 milyon ABŞ dollarından çox olan bu raketlər Çinlə mümkün qarşıdurma zamanı da ABŞ üçün mühüm əhəmiyyət daşıyır.
Ağ Ev isə xəbərlərə cavab olaraq Prezident Donald Trampın bəyanatını yayıb. Bəyanatda ABŞ-ın dünyada ən böyük sursat ehtiyatına malik olduğu və mövcud ehtiyatların ölkənin ehtiyaclarından daha çox olduğu vurğulanıb.
17:42 04.08.2026
Oxunuş sayı: 52