Zelenski Rusiyaya qarşı yeni əməliyyatların razılaşdırıldığını açıqlayıb
Ukrayna Prezidenti Volodimir Zelenski Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Aleksandr Pokladla keçirdiyi görüşdə Rusiyaya qarşı yeni əməliyyatların razılaşdırıldığını bildirib.
Crossmedia.az xəbər verir ki, "РБК-Украина" bu barədə məlumat yayıb.
Zelenskinin sözlərinə görə, görüş zamanı Rusiyaya qarşı həyata keçiriləcək yeni əməliyyatlarla yanaşı, SBU-nun daxili strukturunun təmizlənməsi istiqamətində atılacaq növbəti addımlar da müzakirə olunub.
Prezident qeyd edib ki, məqsəd Ukraynanın maraqlarına deyil, şəxsi maraqlarına xidmət edən şəxslərin təhlükəsizlik orqanlarından uzaqlaşdırılmasıdır.
O, təhlükəsizlik xidmətinin fəaliyyətinin gücləndirilməsi və dövlət təhlükəsizliyinin təmin olunmasının prioritet olaraq qaldığını vurğulayıb.
16:19 04.08.2026
Oxunuş sayı: 58