Araşdırma: Gündə cəmi 4 dəqiqəlik məşq yaşlılarda əzələ gücünü artırır
Yeni araşdırma göstərib ki, yaşlı insanlar üçün hər gün cəmi bir neçə dəqiqə güc məşqləri etmək əzələ kütləsinin qorunmasına, hərəkət qabiliyyətinin və tarazlığın yaxşılaşmasına kömək edə bilər.
Crossmedia.az xəbər verir ki, The Telegraph nəşrinin məlumatına görə, ABŞ-ın Pensilvaniya Dövlət Universitetinin alimləri 65 yaşdan yuxarı şəxslərin iştirakı ilə araşdırma aparıblar. İştirakçılardan hər gün stuldan qalxma, pilləyə çıxma, elastik lentlə dartınma və divara söykənərək təkanvermə hərəkətlərindən ibarət dörd dəqiqəlik proqramı yerinə yetirmələri istənilib.
Araşdırmanın nəticələrinə əsasən, 12 həftə sonra iştirakçıların əzələ gücü, hərəkət qabiliyyəti və tarazlığı nəzərəçarpacaq dərəcədə yaxşılaşıb.
Tədqiqatın aparıcı müəllifi, doktor Kris Skiamannanın sözlərinə görə, 30 saniyə ərzində oturaq vəziyyətdən qalxma hərəkətində cəmi iki dəfəlik yaxşılaşma belə insanın fiziki vəziyyətinin təxminən 10–20 il cavanlaşmasına bərabər hesab oluna bilər.
07:20 05.08.2026
Oxunuş sayı: 55