İraq Kürdüstanı Prezidenti Dəməşqə ilk rəsmi səfərini etdi
İraq Kürdüstan Regionunun Prezidenti Neçirvan Bərzani Suriyada hakimiyyət dəyişikliyindən sonra ilk dəfə rəsmi səfərlə Dəməşqə gedib.
Crossmedia.az xəbər verir ki, bu barədə Suriya Prezident Administrasiyası məlumat yayıb.
Səfər çərçivəsində Neçirvan Bərzani Suriya Prezidenti Əbu Məhəmməd əl-Culani (Əhməd əş-Şaraa) ilə görüş keçirib.
Tərəflər ikitərəfli münasibətləri müzakirə edib, xüsusilə iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərinə diqqət yetiriblər.
Görüşdə həmçinin təhlükəsizlik və sabitliyin təmin olunması, eləcə də çoxtərəfli regional əməkdaşlığın gücləndirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.
17:46 03.08.2026
Oxunuş sayı: 46