Türkiyədə kənd çayxanasına yarasa girib
Türkiyənin İğdır vilayətinin Tuzluca rayonunda yerləşən Üçkaya kəndində çayxanaya girən yarasa sakinlər arasında qısa müddətli təəccüb yaradıb.
Crossmedia.az AA agentliyinə istinadən xəbər verir ki, axşam saatlarında çayxanada oturan kənd sakinləri içəri qəfil daxil olan qanadlı heyvanı əvvəlcə quş zənn ediblər. Heyvan masanın üzərinə qonduqdan sonra onun yarasa olduğu məlum olub.
Kənd sakinlərindən Gaffar Kıtay bildirib ki, yarasanı ilk dəfə bu qədər yaxından görüblər. Onun sözlərinə görə, sakinlər heyvanın görüntülərini mobil telefonla lentə alıblar.
Daha sonra yarasa heç bir zərər yetirilmədən ehtiyatla tutulub və təbii yaşayış mühitinə buraxılıb. Heyvan sərbəst şəkildə uçaraq ərazidən uzaqlaşıb.
05:30 04.08.2026
Oxunuş sayı: 48