Zelenski Umerova yeni vəzifə verməyi planlaşdırır
Ukrayna Prezidenti Volodimir Zelenskinin Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovu Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin etməyi planlaşdırdığı bildirilir.
Crossmedia.az xəbər verir ki, "Ukrainskaya pravda" bu barədə mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Rüstəm Umerovun Ukraynanın Xarici Kəşfiyyat Xidmətinə rəhbər təyin olunması ilə bağlı qərar üzərində iş aparılır.
Bildirilib ki, hazırkı mərhələdə məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. Təyinatın reallaşması üçün müvafiq prosedurların həyata keçirilməsi tələb olunur.
Rüstəm Umerov daha əvvəl Ukraynanın müdafiə naziri vəzifəsində çalışıb. 2024-cü ilin sentyabrından isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibidir.
13:43 03.08.2026
Oxunuş sayı: 77