KİV: Trampın reytinqi ikinci prezidentlik dövrünün ən aşağı səviyyəsinə enib
ABŞ Prezidenti Donald Trampın fəaliyyətinə dəstək reytinqi ikinci prezidentlik müddətinin ən aşağı səviyyəsinə düşüb.
Crossmedia.az xəbər verir ki, “The Economist” bu barədə “YouGov” sorğusunun nəticələrinə istinadən məlumat yayıb.
Sorğuya əsasən, amerikalıların 35 faizi Trampın fəaliyyətini bəyənir, 60 faizi isə bəyənmir. Beləliklə, onun xalis dəstək reytinqi mənfi 25 bəndə enərək ikinci prezidentlik dövrünün ən aşağı göstəricisi olub.
Nəşrin yazdığına görə, reytinqin azalmasının səbəblərindən biri ABŞ-nin İrana qarşı zərbələri bərpa etməsidir. Respondentlərin təxminən 60 faizi Vaşinqtonun bu münaqişəyə həddindən artıq vəsait xərclədiyini düşünür.
Araşdırmada qeyd olunur ki, Trampın iqtisadi siyasətinə verilən qiymətlər də pisləşib. İnflyasiya ilə mübarizə üzrə reytinqi mənfi 43 bəndə enib. Buna səbəblərdən biri kimi benzinin qiymətinin bir qallon üçün 3 dollardan 4,48 dollara yüksəlməsi göstərilir.
Sorğu həmçinin göstərib ki, Trampa dəstək 2024-cü il seçkilərində qalib gəldiyi bəzi ştatlarda da azalır. Bu vəziyyət Respublikaçılar Partiyasının Konqres seçkilərində mövqelərini çətinləşdirə bilər.
14:57 02.08.2026
Oxunuş sayı: 46